Modern.az

Ermənilər Fransadakı səfirliyimizə basqın etdilər - VİDEO

Ermənilər Fransadakı səfirliyimizə basqın etdilər - VİDEO

Aktual

18 Sentyabr 2022, 18:20

Fransada yaşayan ermənilər Azərbaycanın Parisdəki səfirliyinə hücum ediblər.

 

Modern.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

 

Erməni vandalları səfirliyin qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar. Lakin Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. 

 

“Amma gəlin erməni barbarlarını bir kənara qoyaq. Cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı istəklərimizə məhəl qoymayan Fransaya ayıb olsun” - Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tviter səhifəsində yazıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı