Modern.az

"Qarabağ" "Zirə"ni darmadağın etdi - 8 qolluq oyun

Aktual

18 Sentyabr 2022, 22:23

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, turun son görüşündə "Qarabağ" komandası "Zirə"nin qonağı olub.

 

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bununla da rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 18-ə yüksəldib və "Neftçi"yə çatıb. "Zirə" isə 10 xalla 6-cı sırada qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı