Modern.az

"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərdi

Aktual

19 Sentyabr 2022, 10:44

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.

 

Modern.az xəbər verir ki, 39 yaşlı mütəxəssis yerli çempionatın 5-ci turunda "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra istefaya göndərilib.

 

Qeyd edək ki, ispaniyalı mütəxəssis avqust ayında Pirey təmsilçisinə baş məşqçi təyin edilmişdi. "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-də Bakıda keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!