Modern.az

UNEC-də müəllimlərin maaşı 50 faiz artırılıb

UNEC-də müəllimlərin maaşı 50 faiz artırılıb

Aktual

19 Sentyabr 2022, 11:22

UNEC-də saathesabı qaydada dərs deyən müəllimlərin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə əməkhaqları artırılıb.

 

Modern.az xəbər verir ki, UNEC-in Elmi Şurası saathesabı qaydada aparılan dərslərə görə (Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH mərkəzi, BMDM, UNEC Biznes Məktəbi istisna olmaqla) müəllimlərə ödənilən məbləğin 2022/2023-cü tədris ilindən 50 faiz artırılması barədə qərar qəbul edib. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində isə saathesabı qaydasında aparılan dərslərin hər saatına görə ödənişin məbləği 22 manatdan 27 manatadək yüksəldilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı