Modern.az

Qanunsuz tikilən obyekt söküldü - VİDEO

Qanunsuz tikilən obyekt söküldü - VİDEO

Aktual

19 Sentyabr 2022, 13:34
Tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində işlər davam etdirilir.
 
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində Binəqədi-Novxanı yolunun yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin həyata keçirilməsi faktı aşkar edilib.
 
Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Abşeron Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikilməkdə olan qanunsuz obyekt sökülüb.
 

 





 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!