Modern.az

Gürcüstan sərhədini keçən rusların sayı AÇIQLANIB

Gürcüstan sərhədini keçən rusların sayı AÇIQLANIB

Aktual

30 Sentyabr 2022, 14:12

29 sentyabr saat 10:00-dan 30 sentyabr saat 10:00-a qədər 6109 nəfər Rusiya vətəndaşı Gürcüstana daxil olub, 5186 nəfər isə tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

 

Qeyd olunub ki, Daryal sərhəd-keçid məntəqəsindən sərnişinlərin axını nəzərəçarpacaq dərəcədə azalıb və o cümlədən Gürcüstanın digər keçid məntəqələrində də Rusiya vətəndaşlarının gediş-gəliş sayı azalıb.

 

Bununla belə, 28 sentyabrdan 29 sentyabra kimi Gürcüstan ərazisinə 9642 nəfər Rusiya vətəndaşı keçib, 5448 nəfər isə ölkə ərazisini tərk edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı