Modern.az

Paşinyan İrəvandakı partlayışa görə bu məmuru işdən QOVDU

Paşinyan İrəvandakı partlayışa görə bu məmuru işdən QOVDU

Aktual

30 Sentyabr 2022, 14:20

Ermənistanın şəhərsalma, texniki və yanğın təhlükəsizliyi üzrə müfəttişlik orqanının rəhbəri Qeqam Şahbazyan tutduğu vəzifədən azad edilib.


Modern.az xəbər verir ki, müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.


Qeyd edək ki, Şahbazyan bu vəzifəyə 2018-ci ilin iyulunda, “məxməri inqilab”dan dərhal sonra təyin edilib. Bəziləri onun vəzifədən qovulmasını İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən faciə ilə əlaqələndirirlər.


Həmin vaxt strukturun fəaliyyəti kəskin tənqidlərə məruz qalmışdı. Faciədə 16 nəfər ölüb, 62 nəfər yaralanıb, daha bir nəfər itkin düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı