Modern.az

Aİ-dən Ukrayna regionlarının Rusiyaya birləşdirilməsinə qarşı bəyanat

Aİ-dən Ukrayna regionlarının Rusiyaya birləşdirilməsinə qarşı bəyanat

Aktual

30 Sentyabr 2022, 17:20

Avropa İttifaqı (Aİ) Ukraynanın işağl olunmuş 4 regionunun Kreml tərəfindən Rusiyanın ərazisinə daxil edilməsini pisləyən bəyanat verib.


Modern.az xəbər verir ki, Aİ həmin regionlarda Rusiya Federasiyasına qoşulma ilə bağlı “referendum”un nəticələrini heç vaxt tanmayacağını bildirib.
 

İttifaq digər ölkələri də Rusiyanın bu addımını qınamağa çağırıb.


Xatırladaq ki, bu gün Kremldə prezident Putin Ukraynanın işğal olunmuş ərazilərinin "rəhbərləri" ilə “müqavilələr” imzalayıb.

Bu “müqavilərlər”lə Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye regionlarının Rusiyanın ərazisinə daxil olduğu bəyan edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı