Çində koronavirusun yayılma arealının genişlənməsi müşahidə olunur.
Modern.az-ın xəbərinə görə, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkədə son sutka ərzində 9 mindən çox yeni yoluxma aşkarlanıb. Bu da ötən həftə ilə müqayisədə təxminən 3 dəfə çoxdur.
Rəsmi məlumata əsasən, Çində qeydə alınmış 61 500 yoluxmanın 85%-i simptomsuz olub. Mayın 27-dən sonra koronavirusdan ölüm faktı qeydə alınmayıb.