Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının sammiti başlayıb.
Modern.az xəbər verir ki, Xarici işlər nazirləri dövlət başçılarının imzalayacağı sənədlər üzərində yekun işi aparmaq üçün Səmərqənddə bir araya gəliblər.
Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.