Ötən gün 3 piyada yolu keçmək istəyərkən ölüb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Hadisələrin ikisi noyabrın 9-da saat 7 radələrində Yasamal qeydə alınıb. İlk hadisə rayonunun N.Hikmət küçəsində baş verib. Belə ki, yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.
Yasamal rayonundakı ikinci hadisə zamanı Abşeron rayon sakini M.Quliyev idarə etdiyi “QAZ-24” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini Aynaxanım Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Günün 3-cü hadisəsi saat 9 radələrində Gəncə şəhərində baş verib. Samux rayon sakini O.Babayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Firuzə Qocayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Hər 3 faktla bağlı araşdırmalar aparılır.