Modern.az

Parisdə 30-dan çox metrostansiya bağlandı

Parisdə 30-dan çox metrostansiya bağlandı

Aktual

10 Noyabr 2022, 17:46

Fransanın paytaxtı Parisdə ictimai nəqliyyat işçilərinin tətili ilə əlaqədar bu gün 30-dan çox metro stansiyası bağlanıb.

 

Modern.az-ın məlumatına görə, tətil nəticəsində Parisin 15 metro xəttindən 8-də hərəkət pozulub.

 

Tətil iştirakçıları əməkhaqlarının artımı tələbi ilə çıxış ediblər.

 

Parisin daxil olduğu İl-de-Frans regionunda tətillə əlaqədar böyük tıxaclar müşahidə olunub. Paris və onun ətrafında tıxacların ümumi uzunluğu 359 kilometrə çatıb. Bundan başqa, Fransanın digər şəhərlərində tətillər davam edir.

 

Ölkənin şimalındakı Strasburq şəhərində təxmin 20 avtobus marşrutunun hərəkəti dayanıb. Fransanın cənubundakı Tuluza şəhərində isə hava limanına gedən avtovus reysləri dayandırılıb.

 

Qeyd edək ki, bu gün Londonda da metropolietn işçiləri birgünlük tətil keçirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?