Modern.az

Vətən müharibəsi şəhidinin qardaşı vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidinin qardaşı vəfat etdi - FOTO

Aktual

14 Noyabr 2022, 09:52

Vətən müharibəsi şəhidi Yolçu Babazadənin ailəsinə ağır itki üz verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin qardaşı Rəsul Babayev dünyasını dəyişib.

 

Onun bir müddətdir qan xərçəngindən əziyyət çəkdiyi və bu səbəbdən vəfat etdiyi bildirilib.

 

Qeyd edək ki, 19 yaşlı Yolçu Babazadə 2020-ci ilin 7 oktyabrında şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır