Bakıda qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə vəfat edib.
Modern.az Kriminalqafqaz-a istinadən xəbər verir ki, noyabrın 12-də səhər saatlarında “Baku Medical Plaza” xəstəxanasına gətirilən 1994-cü il təvəllüdlü Mehriban İsayeva hamiləliyin sonunda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.
Lakin körpə 1 sutka sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.