"Biz ölkəmiz üçün sülhə hazırıq".
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Xersona səfəri zamanı deyib.
O, sülhə hazır olduğunu bildirib.
Qeyd edək ki, bu gün Ukrayna dövlət başçısı işğaldan azad edilən Xersona səfər edib.