Modern.az

Sülh prosesinin çərçivəsi getdikcə daha dəqiqləşir - Qriqoryan

Sülh prosesinin çərçivəsi getdikcə daha dəqiqləşir - Qriqoryan

Aktual

14 Noyabr 2022, 18:25

"Ermənistan tərəfi Azərbaycanın təqdim etdiyi beş prinsip və onların genişləndirilmiş variantı üzərində işləyib".

 

Modern.az xəbər verir ki, bunu Ermənistan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryan "CivilNet" nəşrinə müsahibəsində deyib.

 

O qeyd edib ki, bu prinsiplər əsasında noyabrın 7-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirlərinin görüşü keçirilib.

 

"Bu mətn Ermənistanla Azərbaycan arasında mövcud problemləri hərtərəfli həll etməyə qadir olan çərçivə sazişi formasındadır. Hesab edirəm ki, sülh prosesinin çərçivəsi getdikcə daha dəqiqləşir", - deyə Qriqoryan bildirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!