Modern.az

Salyanda narkotacirlər saxlanıldı

Salyanda narkotacirlər saxlanıldı

Aktual

19 Noyabr 2022, 09:28

Salyan rayonunda vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən beş nəfər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri Rabil Dadaşov, Mahir Məmmədov, Hüseyn Xəlilov, Pərviz Məmmədov və Biləsuvar rayon sakini Cabir Əliyev saxlanılıblar.

 

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə narkotik vasitə olan heroin, tiryək, psixotrop maddə olan metamfetamin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Faktlarla bağlı Salyan RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

 

Araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?