Modern.az

Arvadını boğub öldürən ərlə bağlı rəsmi AÇIQLAMA

Arvadını boğub öldürən ərlə bağlı rəsmi AÇIQLAMA

Aktual

19 Noyabr 2022, 10:50

Noyabrın 19-u saat 6 radələrində 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın öldürülməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub.

 

Rayon prokurorluğundan Modern.az-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1993-cü il təvəllüdlü Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə istintaq davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!