Modern.az

THY-nin Bakı ofisinin rəhbəri dəyişdi

THY-nin Bakı ofisinin rəhbəri dəyişdi

Aktual

19 Noyabr 2022, 13:34

"Türk Hava Yolları" (THY) şirkətinin Bakı nümayəndəliyində kadr dəyişikliyi olub.

 

Modern.az “Report”a istinadən məlumat verir ki, nümayəndəliyə 2015-ci ildən rəhbərlik edən Seyfullah İlyas vəzifəsindən azad edilərək şirkətin Kasablankadakı (Mərakeş) ofisinə rəhbərlik edəcək.

 

Onun yerinə bu vəzifəyə Hamid Eldeleklioğlu təyin edilib. O həmçinin şirkətin Gəncə və Naxçıvan ofislərinə də rəhbərlik edəcək.

 

H. Eldeleklioğlu bu təyinata qədər THY-nin Pakistanın Pəncab vilayətinin Lahor şəhərindəki ofisinə rəhbərlik edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?