Modern.az

“PSJ” Ronaldonu almaqdan imtina edir

“PSJ” Ronaldonu almaqdan imtina edir

Aktual

19 Noyabr 2022, 17:24

Fransanın “Paris Saint-Germain” klubunun qış transfer pəncərəsində “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə maraqlandığı deyilir.

 

Modern.az xəbər verir ki, bu barədə idman jurnalisti Florian Plettenberq məlumat yayıb.

 

PSJ-nin müşaviri Luis Kampos isə portuqaliyalı futbolçunun transferinin məqsədəuyğun olmasından şübhələnir, çünki o, komandanı ixtisar etmək və gəncləşdirmək niyyətindədir.
 

Mətbuatda yayılan xəbərlərə əsasən, Ronaldo baş məşqçi Erik ten Haqa, “Mançester Yunayted” və digər klubların oyunçularına münasibəti, həmçinin şəxsi münasibətləri barədə qalmaqallı müsahibəsindən sonra “Mançester Yunayted”də qalmayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!