Modern.az

Salyanda ağır qəza: yaralılar var 

Salyanda ağır qəza: yaralılar var 

Aktual

20 Noyabr 2022, 09:22

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

 

Qəza nəticəsində Salyan şəhər sakinləri - 1974-cü il təvəllüdlü Abbasov Mahir Malik oğlu, 1976-cı il təvəllüdlü Səfərova Məhluqə Məhəmməd qızı, 2012-ci il təvəllülü Səfərov Zaur Ələkbər oğlu, 2002-ci il təvəllüdlü Səfərova Leyla Ələkbər qızı, 2003-cü il təvəllüdlü İmanova Əli Əziz oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?