Modern.az

İranda əməliyyat: kürd partiyasının ofisi basıldı 

İranda əməliyyat: kürd partiyasının ofisi basıldı 

Aktual

20 Noyabr 2022, 12:34

Cənub qonşumuz İranda etirazların pik həddə çatdığı vaxtda hüquq-mühafizə orqanları Kürdüstan Kamala Partiyasının ofisinə basqın edib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İran polisi adıçəkilən partiyanın Qərbi Azərbaycan vilayətindəki ofisində əməliyyat keçirib.

 

Məlumata görə, partiyanın onlarla üzvünün həbs edildidiyi bildirilir.

 

Qeyd olunub ki, İranda fəaliyyət göstərən Kürdüstan Kamala Partiyasının bir sıra üzvləri ölkədə baş verən etirazlara dəstək verməkdə və aranı qarışdırmaqda ittiham olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV