Modern.az

Qətərdə himni onlar ifa edəcək

Qətərdə himni onlar ifa edəcək

Aktual

20 Noyabr 2022, 16:04

Bu gün Qətərdə start götürəcək dünya çempionatının açılış mərasimində səslənəcək himnin ifaçıları bəlli olub.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb.

 

Turnirin açılış mərasimində Cənubi Koreyanın BTS qrupunun baş vokalisti Çon Çonkuq Qətərli müğənni Fahad Əl-Kubysi ilə birlikdə mundialın rəsmi himnini səsləndirəcək.

 

Turnirin açılış mərasiminin baş tutacağı “Əl Bayt” stadionunda səslənəcək mahnı “Dreamers” adlanır. DÇ-2022-nin açılışı Bakı vaxtı ilə saat 19:00-a planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?