Modern.az

Lukaşenko da İrəvana gəlir

Lukaşenko da İrəvana gəlir

Aktual

22 Noyabr 2022, 14:44

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistana işgüzar səfər edəcək.

Modern.az xəbər verir ki,  məlumatı Belarus liderinin mətbuat xidməti yayıb.


Noyabrın 23-də İrəvanda dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak edəcək. Tədbir dar və geniş formatda keçiriləcək.


Ölkələrin liderləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini, sessiyalararası dövrdə KTMT-nin fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər. Sammit iştirakçıları, həmçinin əməkdaşlığın müxtəlif sahələri ilə bağlı geniş spektrli məsələləri nəzərdən keçirəcəklər.


2022-2023-cü illərdə KTMT-də sədrliyin Belarusa keçəcəyini nəzərə alan Aleksandr Lukaşenko bu müddət ərzində birgə səylərin cəmlənməli olacağı prioritet sahələri açıqlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?