Qətərdə keçirilən dünya çempionatının D qrupunda ilk tura start verilib.
Modern.az xəbər verir ki, qrupun açılış oyununda Danimarka millisi Tunisi sınağa çəkib.
"Edyukeyşn Siti" stadionunda oynanılan görüşdə qapılara qol vurulmayıb.
***
17:06
Qətərdə keçirilən dünya çempionatında Danimarka və Tunis yığmaları arasında D qrupunun ilk tur oyunu başlayıb.
Modern.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
Danimarka və Tunis yığmalarının start heyətləri aşağıdakı kimidir:
Danimarka: 1. Kasper Şmeyxel, 2. Yoaxim Andersen, 4. Simon Kyaer, 5. Yoakim Maehle, 6. Andreas Kristensen, 8. Tomas Delani, 10. Kristian Eriksen, 11. Andreas Skov Olsen, 12. Kasper Dolberq, 13. Rasmus Kristensen, 23. Pye-Emil Hoybyerq
Tunis: 16. Aymen Dahmen, 3. Talbi, 4. Yassin Meria, 6. Dilan Bronn, 7. Yussef Msakni, 9. İssam Cebali, 14. Aysa Layduni, 17. Elyess Sxiri, 20. Mohammed Draqer, 24. Ali Abdi, 25. Anis Slimani