"Biz məlumat verəndə ki, avtobusların hərəkət intervalında gecikmə var və ümumiyyətlə bu mövzuda danışanda əsas səbəb kimi tıxacı göstəririk. Təbii ki, burada müəyyən daşıyıcı şirkətlər tərəfindən avtobusların sayının azaldılması, avtobusların xəttə çıxarılmasında sui-istifadə halları da var, biz bunu istisna etmirik”
Modern.az xəbər verir ki, bu barədə xüsusi avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, bu kimi sui-istifadə halları olmamalıdır, çünki hər bir marşrut xətti üzrə sərnişin axınına uyğun müəyyən olunmuş avtobus sayı var və hər bir daşıyıcının borcudur ki, həmin sayda avtobusun gündəlik xəttə çıxışını təmin etsin.