Modern.az

Xocavənd xəstəxanasına yeni direktor TƏYİNATI

Xocavənd xəstəxanasına yeni direktor TƏYİNATI

Aktual

6 Dekabr 2022, 16:42

Xocavənd Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

 

Modern.az xəbər verir ki, bu vəzifəyə Nəbiyev Canəli Xanəli oğlu təyinat alıb.

 

Qeyd edək ki, Nəbiyev Canəli Xanəli oğlu 1972-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olub.

 

1990-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub. 1996-ci ildə Pediatriya fakültəsini bitirib. 1996-1997-ci illərdə M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında həkim-interna olub. 1997-2001-ci illərdə Müdafiə Nazirliyində hərbi həkim kimi çalışıb.

 

2001-ci ildən 2014-cu ilə qədər 3 saylı Bakı şəhər Klinik Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, Qan köçürmə şöbəsində müdir vəzifələrində çalışıb. 2015-2022-ci illərdə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat blokunun müdiri vəzifəsində çalışıb.(qaynarinfo)

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?