Modern.az

“Açıq mikrofon” Qubada - FOTOLAR

“Açıq mikrofon” Qubada - FOTOLAR

Aktual

6 Dekabr 2022, 16:36

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə keçirdiyi “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Quba rayonunda qurulub.

 

Modern.az xəbər verir ki, sakinlər qaz təchizatında üzləşdikləri problemləri mikrofon önündə səsləndiriblər. Aksiya iştirakçılarından Səfər Bayramov Zərqava kəndinin qazlaşdırılmasını istəyib. Əkrəm İdrisov qaz xəttinin yerinin dəyişdirilməsini, Pirvəli Məmmədov isə qapı keçinin quraşdırılmasını xahiş edib.

 

“Açıq mikrofon”da ünvanlanan 6 müraciət eyniməqsədli olub ki, bu da Quba rayonundakı yeni yaşayış massivinin qazlaşdırılmasını əhatə edib. Aksiya zamanı səsləndirilən bütün müraciətlər Xaçmaz RQİİ-nin səlahiyyətli nümayəndələri tərəfindən dinlənilərək qeydiyyatı aparılıb.

“Açıq mikrofon” bu dəfə Qubada - FOTOLAR“Açıq mikrofon” bu dəfə Qubada - FOTOLAR“Açıq mikrofon” bu dəfə Qubada - FOTOLAR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?