Modern.az

Günün havası - Yağış, külək...

Günün havası - Yağış, külək...

Aktual

9 Dekabr 2022, 08:09

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə havanın çiskinli olacağı, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?