Modern.az

"Azərsu" sədrinin müavini Ağsuda vətəndaşları qəbul edəcək

Aktual

9 Dekabr 2022, 10:30

Dekabrın 16-da “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Ağsu şəhərində vətəndaşları qəbul edəcək.

 

Bu barədə Modern.az-a qurumdan bildirilib.

 

Qəbul saat 10:00-dan başlayaraq Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Ağsu və İsmayıllı sakinlərinin müraciətləri dinləniləcək.

 

Vətəndaşlar qəbul üçün Ağsu və İsmayıllı Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?