Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının (Aİİ) Bişkek sammitinə gedib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Avrasiya İqtisadi Şurasının (AİİŞ) dar və geniş tərkibdə iclası keçirilir. Burada Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan prezidentləri, Ermənistanın baş naziri iştirak edir. Müşahidəçi dövlətlərdən Özbəkistanın baş naziri də iclasa qatılacaq, Kuba prezidenti isə videomüraciətlə çıxış edəcək.
İclasda Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə baxılacağı, inteqrasiya proseslərinin daha da dərinləşdirilməsi, əmtəə və xidmətlərin vahid bazarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə təlimatların konturlarının müəyyən edilməsi planlaşdırılır. Bir sıra qərarlar (o cümlədən energetika və ticarət sahəsində) qəbul ediləcək, Aİİ-nin beynəlxalq fəaliyyətinin əsas istiqamətləri təsdiqlənəcək.
Rusiya nümayəndə heyəti 2023-cü ildə bu təşkilata qarşıdakı sədrliyinin əsas prioritetlərini açıqlayacaq.