Modern.az

Avropa İttifaqının xüsusi nümayəndəsi İrəvandan İstanbula getdi

Avropa İttifaqının xüsusi nümayəndəsi İrəvandan İstanbula getdi

Aktual

9 Dekabr 2022, 12:18

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvandan İstanbula gedib.

Modern.az xəbər verir ki, avropalı diplomat öz Tvitter səhifəsində Ermənistan rəhbərliyi ilə faydalı görüşlər keçirdiyini bildirib.

"Qısa səfər oldu, lakin İrəvanda baş nazir Nikol Paşinyan, baş nazirin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanla mənalı görüşlər oldu. İndi İstanbula…", - Klaar yazıb.

Bir gün əvvəl Paşinyan və Klaar regionda təhlükəsizlik, sülh və sabitlik, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası, regionda kommunikasiyaların açılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?