Modern.az

AFFA "Qarabağ"la "Neftçi"ni cərimələdi

AFFA

Aktual

9 Dekabr 2022, 14:45

AFFA İntizam Komitəsi "Neftçi" və "Qarabağ"ı cərimələyib.

 

Modern.az-ın məlumatına görə, hər iki klub Premyer Liqanın XVI turunda keçirilmiş Azərbaycan derbisində azarkeşlərin davranışlarına görə ziyana düşüb.

 

"Ağ-qaralar" fanatları təhqiredici ifadələr işlətdiyi üçün 4 min manat ödəyəcək.

 

"Köhlən atlar" isə tərəfdarların pirotexniki vasitədən istifadə etməsinə görə 800 manat məbləğində cərimələnib.

 

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə bitib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?