Polşanın ilk və yeganə kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı Miroslav Qermaşevski 82 yaşında vəfat edib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun kürəkəni, Avropa Parlamentinin polşalı üzvü Rişard Çarneçki tviter səhifəsində məlumat yayıb.
Onun Varşava xəstəxanasında dünyasını dəyişdiyi bildirilir.
Xatırladaq ki, Germaşevski 1978-ci il iyunun 27-də sovet kosmik gəmisi “Soyuz-30” ilə kosmosa çıxıb. O, Yer atmosferindən kənarda 7 gün 22 saat 2 dəqiqə 59 saniyə qalaraq kosmosa səyahət edən 89-cu insan olub.