Modern.az

İlon Maskdan Trampla bağlı ETİRAF

İlon Maskdan Trampla bağlı ETİRAF

Aktual

13 Dekabr 2022, 09:28

Tviterin rəhbəri İlon Mask ABŞ-ın sabiq prezidenti Donald Trampın hesabının təzyiqlər səbəbindən 2021-ci ildə bloklandığını bildirib.

 

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə o, özünün tviter səhifəsində yazıb.

 

“Yüzlərlə işçi fəalın təzyiqi altında tviter ABŞ-ın keçmiş prezidenti Trampı blokladı, baxmayaraq ki, onlar özləri də Trampın qaydaları pozmadığını etiraf edirlər”, - deyə Mask bildirib.

 

Qeyd edək ki, Trampın tviterdəki səhifəsi ötən ay İlon Maskın siyasətçinin sosial şəbəkədəki hesabının blokdan çıxarılacağını elan etməsindən dərhal sonra bərpa olunub. Trampın 2009-cu ilin martında yaradılan səhifəsindəki bütün yazıları saxlanılır. Son mesaj 2021-ci il 9 yanvar tarixində yazılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?