Keçən il Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə 256 erkən nikah yaşında olan müraciət daxil olub.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikaha daxil olmaq üçün müraciət etmiş 256 erkən nikah yaşında olan (18 yaşadək) gəncin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması təmin edilib.