Modern.az

Qadınlara qarşı zorakılıq törədənlər kimlərdir - STATİSTİKA

Qadınlara qarşı zorakılıq törədənlər kimlərdir - STATİSTİKA

Aktual

15 Dekabr 2022, 14:12

Keçən il qurbanlara qarşı zorakılıq həm intim partnyorları, həm də intim partnyorları olmayan şəxslər tərəfindən törədilib.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

 

Zorakılıq törədənlərin 33%-i qurbanların əri, 16%-i keçmiş əri, 6%-i qanuni nikahda olmadan birgə yaşadığı şəxs, 4%-i anası, 4%-i atası, 10%-i qardaşı, 12%-i qaynanası, qalan 15%-i isə digər şəxslərdir (arvad, ögey ana, övladlığa götürən, baldız, bibi, dayı, bacı və s.).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!