Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 825 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 695 nəfər müalicə olunaraq sağalıb, hazırda 466 aktiv xəstə var. Bu günə qədər 9989 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1834, ümumilikdə isə 7 401 526 test icra olunub.
