Modern.az

Bəxtiyar Hacıyevi buraxmadılar

Bəxtiyar Hacıyevi buraxmadılar

Aktual

15 Dekabr 2022, 17:14

Bu gün ictimai fəal Bəxtiyar Hacıyev barəsində seçilən həbs qətimkan tədbirindən verilmiş şikayətə baxılıb.

Modern.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini rədd edərək, Bəxtiyar Hacıyevin həbsdə qalması barədə qərar çıxarıb.

Bu barədə onun vəkili Aqil Layic bildirib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına etiraz edən Bəxtiyar Hacıyevin aclıq aksiyasına başladığı deyilir.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, B.Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

O, dekabrın 9-da saxlanılıb və Xətai Rayon Məhkəməsi barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?