Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü istisna edilmir.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Son iki il ərzində dövlət başçılarının müxtəlif formatlı görüşləri keçirilib. Başqa formatda görüşlərin keçirilməsi istisna olunmur. Azərbaycan tərəfi istənilən formatda görüşlərin keçirilməsini hər zaman dəstəkləyir. Müsbət nəticələr olmasa da, açıq mövzuların müzakirəsi müsbət haldır", - deyə XİN başçısı qeyd edib.