Modern.az

4 rayonun qazı kəsiləcək

4 rayonun qazı kəsiləcək

Aktual

15 Dekabr 2022, 22:41

Bu gün gecə saatlarında Gədəbəy və Qazax, sabah isə Balakən və Yardımlı rayonlarının dağ və dağətəyi kəndlərində hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq qaz təchizatında məcburi fasilələr yaranacaq.

 

Azəriqaz İB-dən Modern.az-a bildirilib ki, havaların kəskin soyuması qaz xətlərində texniki nasazlıqlara səbəb olub, nəticədə qaz sızmaları baş verib.

 

Təhlükəli vəziyyətin dərhal aradan qaldırılması üçün ərazilərə "Azəriqaz" İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları ezam olunub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, qəza şəraitinin aradan qaldırılması istiqamətində bütün mümkün tədbirlər görülməkdədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır