Modern.az

Bakıda bərbər bərbəri ÖLDÜRDÜ

Bakıda bərbər bərbəri ÖLDÜRDÜ

Aktual

16 Dekabr 2022, 13:53

Bu gün saat 13 radələrində Nəsimi rayonunda bıçaqlanma hadisəsi ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xdimətindən Modern.az-a bildirilib ki, rayonun Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanaların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində 1994-cü il təvəllüdlü Ilkin Qurbanlıya müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirməklə onu qətlə yetirib.

 

Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Qədirov saxlanılaraq istintaqa təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!