Modern.az

Bu gecə Şuşaya qar yağacaq 

Bu gecə Şuşaya qar yağacaq 

Aktual

16 Dekabr 2022, 14:18

Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, 16-sı axşamdan 17-si gecəyədək qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

 

Dekabrın 16-da dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Lakin gecəyə doğru az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir.


Arabir duman olacaq. Qərb küləyi 2-6 m/s olacaq. Havanın temperaturu gündüz 1° şaxtadan 3°-dək isti, axşam 2-4° şaxta olacaq.

 

Dekabrın 17-də dekabrın 16-dan 17-nə keçən gecə az qar yağacağı, səhərə doğru kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Arabir duman. Qərb küləyi 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

 

Dekabrın 18-də əsasən yağmursuz, arabir dumanlı hava olacaq. Şərq küləyi 2-6 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?