Modern.az

İranlı ayətullah üzr istədi

İranlı ayətullah üzr istədi

Aktual

16 Dekabr 2022, 23:24

İranın tanınmış din xadimi Muhəqqiq Damad xalqdan üzr istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

 

“Mən din xadimi kimi bütün İran xalqından üzr istəyirəm. Biz islam əxlaqını təbliğ və bugünkü nəsli mehriban, mərhəmətli və zorakılıqdan uzaq tərbiyə edə bilmədik”, - deyə din xadimi bildirib.

 

Şəhid Beheşti Universitetinin professoru və hüquqşünas, ayətullah Mustafa Muhəqqiq Damadın sözlərinə görə, ən qaranlıq və ən çətin zorakılıq - müqəddəs və dini motivlərlə törədilən zorakılıqdır; yəni Allahın adı ilə öldürüb, qul edib, baş kəsmək.

 

“Tarixdə bütün müharibələr zorakılıq nəticəsində baş verib. Müqəddəs zorakılıq qədər də acı bir zorakılıq yoxdur”, - deyə ayətullah əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?