Modern.az

6 il əvvəl törədilən cinayətin üstü açıldı

6 il əvvəl törədilən cinayətin üstü açıldı

Aktual

17 Dekabr 2022, 11:50

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 6 il əvvəl törədilən cinayətin üstü açılıb.

 

DİN-dən Modern.az-a bildirilib ki, 2016-cı ilin mart ayında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini F.Nağıyevə məxsus “Toyota” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Rəvan Süleymanov, əvvəllər məhkum olunmuşlar Orxan Novruzov və Bəhruz Abdullayev müəyyən olunaraq saxlanılıblar.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?