Modern.az

Kral və kraliça koronavirusa yoluxdu

Kral və kraliça koronavirusa yoluxdu

Aktual

17 Dekabr 2022, 15:18

Tailand kralı Maha Vaçiralonqkorn (X Rama) və kraliça Suthida koronavirusa yoluxub.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kral sarayı bürosunun yayımladığı bəyanatda deyilir.

 

Bəyanata əsasən, dekabrın 16-da axşam saatlarında 70 yaşlı kral və kraliçanın koronavirus testi onların infeksiyaya yoluxduğunu aşkara çıxarıb. Kral ailəsinin xəstəliyi yüngül simptomlarla keçirdiyinə baxmayaraq, həkimlər onlara səlahiyyətlərini bir müddət yerinə yetirməkdən çəkinməyi tövsiyə edib.

 

Qeyd edək ki, 69,6 milyon nəfər əhalisi olan Tailandda koronavirusa ilk yoluxma halı 2020-ci il yanvarın 13-də qeydə alınıb. Hazırda krallıqda virusa yoluxanların ümumi sayı 4,71 milyonu ötüb, 4,64 milyondan çox insan sağalıb, 33,3 min nəfər isə həyatını itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?