Modern.az

Dövlət qulluğu ilə bağlı islahatlar aparılır

Dövlət qulluğu ilə bağlı islahatlar aparılır

Aktual

20 Dekabr 2022, 10:08

“Ölkəmizdə gənclərlə iş, məşğulluq, dövlət qulluğu və təhsil sahələrində bir sıra məqsədyönlü islahatlar həyata keçirilməkdədir”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “XXI əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi” adlı beynəlxalq seminarda deyib.

 

M.Abbaszadə qeyd edib ki, minlərlə gəncin nüfuzlu xarici universitetlərdə təhsil almasını nəzərdə tutan dövlət proqramı bu tədbirlərdən yalnız biridir.

 

"Azərbaycanda gənc idarəçi kadrların bankının yaradılması məqsədilə təşkil olunmuş “Yüksəliş” müsabiqəsini və qaliblər üçün mentorluq proqramlarının təşkilini bu istiqamətdə aparılan siyasətin növbəti mərhələsi hesab etmək olar. Gənc idarəçilərin kadr bankının formalaşdırılması müasir standartlara uyğun yetişmiş insan resurslarının mövcud idarəetmə sisteminə məqsədyönlü və dəqiq inteqrasiyası məqsədi daşıyır. Bu kimi tədbirlər idarəetmə mühitinin və kadr münasibətlərinin müasirləşməsinə səbəb olacaq”, - DİM sədri vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?