Modern.az

Avropalı deputatlara İTTİHAM - Sərvətimizi belə talayırlar

Avropalı deputatlara İTTİHAM - Sərvətimizi belə talayırlar

Aktual

20 Dekabr 2022, 11:56

Avropalı deputatlar erməni iş adamlarının korrupsiya əməllərinə cəlb edilib.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev bildirib.

 

Onun sözlərinə görə, Azərbaycana qarşı qərəzli mövqe tutan Avropa Parlamentinin deputatları erməni iş adamlarından aldıqları pula görə ermənilərin tərəfini tutur.

 

"Biz Avropa Parlamentində öz gözümüzlə görmüşük ki, erməni iş adamları orada oturur. Avropalı deputatları öz korrupsiya əməllərinə cəlb edirlər. Hətta Azərbaycanın ərazilərində talanan qızıl yataqlarından əldə edilən gəlirlər Avropa deputatlarının cibinə gedir. İndi də onlar hay-küy salıblar ki, Xankəndi-Laçın yolu bağlıdır. Onlar ona görə səs-küy salırlar ki, gəlirlərinin qarşısı alınır”,- deyə deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?