Modern.az

Yolun açılmasını sülhməramlılardan tələb etməməliyik - Erməni deputat

Yolun açılmasını sülhməramlılardan tələb etməməliyik - Erməni deputat

Aktual

20 Dekabr 2022, 12:52

Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasının deputatı Artsvik Minasyan Qarabağdakı Rusiya sülhməramlılarının müdafiəsinə qalxıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, deputat Laçın yolunun açılmasını Rusiya sülhməramlılarından tələb etməyin doğru olmadığını deyib.

 

"Bunun üçün özümüz işləməliyik, təkcə Rusiya sülhməramlılarından yolun açılmasını tələb etməməliyik", - deyə erməni deputat bildirib.

 

O, katiblik etdiyi fraksiyanın Rusiya sülhməramlılarının fəaliyyətini dəstəklədiyini ifadə edib.

 

Qeyd edək ki, Azərbaycan tərəfi rəsmi şəkildə yolun aksiyaçılar tərəfindən yox, Rusiya sülhməramlıları tərəfindən bağlandığını açıqlayıb.

 

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı missiyası hərbi kontingentinin məsuliyyət zonasında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz məqsədi ilə və ekoloji monitorinqin keçirilməsi tələbilə 12 dekabrdan bəri azərbaycanlı QHT nümayəndələri və ictimai fəallar Laçın yolunda aksiya keçirirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı