Modern.az

Türkmən qazı Azərbaycan vasitəsilə Türkiyəyə gedəcək

Türkmən qazı Azərbaycan vasitəsilə Türkiyəyə gedəcək

Aktual

21 Dekabr 2022, 14:30

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez Türkmənistan qazının Türkiyəyə çatdırılması ilə bağlı yeni məlumatlar açıqlayıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir bununla bağlı artıq işçi qrupun yaradıldığını bildirib.

 

"Təbii qazı Türkiyəyə gətirmək üçün artıq işçi qruplarını formalaşdırmışıq. Türkiyədə enerji bazarı yaratmaq hədəfimizi 1 il ərzində gerçəkləşdirəcəyik", - Dönmez söyləyib.

 

O eyni zamanda məlumat verib ki, Türkiyədə yaxın vaxtlarda qaz və elektrik istehlakında qiymət artımı proqnozlaşdırılmır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ramiz Mehdiyevin milyardları əlindən alınır - Şok sərvət siyahısı - Xəbəriniz Var?